"Növbəti aylarda pandemiya ilə əlaqədar 190 manatın verilməsi barədə qərarı Nazirlər Kabineti qəbul edə bilər”.
APA-nın məlumatına görə, bunu bu gün Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid - 2021-ci il üçün hədəflər” mövzusunda keçirilən konfransda bildirib.
M. Abbasbəyli deyib ki, əgər növbəti aylarda sərt karantin rejimi tətbiq olunsa, bu barədə Nazirlər Kabinet qərar verəcək: “Biz bu sahədə icraçı orqanıq”.