"Bu məsələdə o, açıq danışır" - Psaki Baydenin Putinə olan münasibətini açıqladı

DÜNYA
12:25 / 29.01.2021
1017

Ağ Evin mətbuat katibi vəzifəsinə qayıdan Сen Psaki ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinə olan münasibətindən danışıb. Onun sözlərinə görə, bu məsələdə Bayden hər şeyi açıq deyir, geri çəkilmir.

HİT.Az xəbər verir ki, ötən çərşənbə axşamı Co Bayden ABŞ prezidenti vəzifəsində ilk dəfə rusiyalı həmkarı ilə telefon danışığı keçirib.

“Prezident Putinlə bağlı hər hansı bir məsələdə və Rusiyə hökumətinin hərəkətləri ilə bağlı narahatçılğını o, hər zaman açıq deyir və bu məsələdə geri çəkilmir. Əlbətdə ki, Putinlə söhbət zamanı bunu açıq şəkildə ona da çatdırıb", - Psaki brifinqdə dedi. 

Qeyd edək ki, telefon danışığı zamanı dövlət başçıları Strateji Hücum Silahları haqqında Müqavilənin (SNV-3) beş il uzadılması barədə razılığa gəldilər. Psakinin sözlərinə görə, danışıqlar zamanı Bayden 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə və Donbasdakı qarşıdurmaya "Rusiyanın müdaxiləsi"nə toxunub və müxalifət lideri Aleksey Navalnı ətrafında baş verın məsələləri qaldırıb.

Xatırladaq ki, Cen Psaki Barak Obamanın prezidentliyi dövründə Ağ Evin mətbuat katibi olub. Baydenin inaqurasiyasından sonra o, yenidən vəzifəyə qayıdıb.

0