"Mərkəzi Bank yeni binasını öz hesabına tikəcək" - Elman Rüstəmov

İQTİSADİYYAT
15:36 / 29.01.2021
1612

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni binanı öz hesabına tikəcək.

APA-nın məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank son 3 ildə dövlət büdcəsinə 7,8 mlrd. manat vəsait köçürüb və 2021-ci ildə bu vəsait 256 mln. köçürmək planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı yeni inzibati binasının tikintisinə 218 mln. avro yönəldəcək. Bina Türkiyənin "Tekfen Holding" şirkəti tərəfində inşa ediləcək.

3