İşğal edilmiş ərazilərimizdəki 4 yataq istismar olunub - Nazirlik

İQTİSADİYYAT
16:33 / 29.01.2021
839

“İşğal edilmiş ərazilərimizdəki 4 yataq ciddi şəkildə istismar olunub və ətraf ərazilərə ekoloji ziyan vurulub”.

Modern.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bu gün keçirilən brifinqdə deyib. O diqqətə çatdırıb ki, talançılıq işində ermənilərə xarici şirkət və investorlar yaxından kömək ediblər:

“Hazırda hər bir yatağın monitorinqi və diaqnostikası keçirilir və vurulan ziyanın hesablanması ilə bağlı ilkin işlərə başlanılıb. Dəymiş ziyan bir sıra yerli və xarici şirkətlərin iştirakı ilə hesablanacaq. Biz həmin ərazilərə baş çəkmişik. Proseslər davam edir. Ehtiyatların qalığı müəyyənləşdirilir. Yeni perspektivlər planlaşdırılacaq və bərpa işləri həyata keçiriləcək".

Ə. Əliyev onu vurğulayıb ki, vaxtilə Dağlıq Qarabağ və ətraf ərazilərdə 167 faydalı qazıntı yatağı kəşf edilmişdi:

“Bu ehtiyatların hamısı rəsmi balansa salınmışdı. Onlardan 141-i bərk filiz və qeyri-filiz yataqları, 26-sı yeraltı şirin su və termal yataqları, 16-sı isə yeraltı içməli su yataqlarıdır”.

0