AY Partiya rəhbərliyi Rəsulzadənin məzarını ziyarət etdi - FOTO

SİYASƏT
12:45 / 30.01.2021
1007

Azərbaycan Yüksəliş (AY) Partiyasının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Ankaranın Əsri məzarlığında yerləşən məzarı ziyarət olunub.

HİT.Az xəbər verir ki, ziyarətə AY Partiya Başqanı Anar Əsədli, Başqanın Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqan müavini Elşad Abdullayev və Başqanın məsləhətçisi Rza Heyət, Türkiyənin Demokrat Partiyasının rəhbərliyi, Rəsulzadənin qurucusu olduğu Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal, müavin İsa Yaşar Tezel, Avrasiya Tarix və Mədəniyyətlər Dərnəyinin başqanı Gürkan Kalkan, Türkiyənin müxtəlif şəhərlərində yaşayam soydaşlarımız, həmyerlilərimiz qatılıblar. 

Xalq Cümhuriyyətinin banisi sayğı ilə anılıb, onun ruhuna dualar oxunub, məzarına əklil qoyulub.

0