Azərbaycanda peyvəndlənənlər arasında allergiya olanlar var

ÖLKƏ
13:21 / 30.01.2021
750

Yanvarın 18-dən Azərbaycanda COVID-19 əleyhinə peyvəndləməyə start veriləndən Klinik Tibbi Mərkəzə allergik reaksiya ilə müraciət edənlərin sayı artıb.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirib.

A.Maqsudov deyib ki, müraciətlər Klinik TibbiMərkəzin əməkdaşları tərəfindən deyil, digər poliklinikalarda peyvənd olunanlardan daxil olur:
“Peyvəndlə bağlı müraciət edənlər arasında gərgin reaksiya olmasa da, allergiya müşahidə edilənlər var. Onlar tibb işçiləridir, məsləhət verilir və evə buraxılırlar”.

Baş toksikoloq özünün də COVID-19 peyvəndi olunduğunu deyib:

“Şükür ki, tam normalam, narahatlıq yoxdur”.

Qeyd edək ki, Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyasına əsasən, ilkin mərhələdə səhiyyə işçilərinin-həkim, orta və kiçik tibb heyəti, texniki heyətin peyvəndlənməsinə başlanılıb.

1