ÜST Avropa İttifaqını qınadı

DÜNYA
18:55 / 30.01.2021
1100

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vaksin ixracına nəzarət qaydaları ilə bağlı qərarına görə Avropa İttifaqını qınayıb.

HİT.Az-ın “BBC”-yə istinadən verdiyi xəbərə görə, ÜST rəhbərinin müavini Mariancela Simao qərarın “narahatedici trend” olduğunu qeyd edib. Daha əvvəl isə ÜST rəhbəri Tedros Adhanom Qebreyesus “vaksin millətçiliyi”nin virusdan sonrakı bərpa prosesini uzada biləcəyini bildirib.

Qeyd edək ki, Avropa Komissiyası yanvarın 29-da Avropa İttifaqında istehsal edilmiş və  ittifaqla qabaqcadan satınalma sazişinə daxil olan COVID-19 vaksinlərinin ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya da daxil olmaqla 100-ə yaxın ölkəyə ixracına nəzarət mexanizminin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.

0