AQTA-dan quş qripi ilə bağlı XƏBƏRDARLIQ

ÖLKƏ
22:12 / 30.01.2021
717

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi xəstəliyi ilə bağlı məsələlərə daha diqqətli olmağa, quşçuluq məhsulları idxal edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.

HİT.Az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatına istinadən yayılan açıqlamada "yüksək patogen" quş qripi xəstəliyinin 35 ölkədə müəyyən edildiyi deyilir.

Məlumata əsasən, həmin ölkələrin quş qripi aşkarlanan bölgələrindən Azərbaycana diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

"Həmçinin, aidiyyatı qurumlarla birgə nəzarət tədbirləri gücləndirilib və yüksək patogen quş qripi aşkarlanan ölkələrdən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir".

Agentlik bildirir ki, heyvanlar və heyvan mənşəli məhsulların "mənşə ölkəsində nəqliyyat" vasitəsinə yüklənməsi yalnız AQTA-nın icazəsindən sonra həyata keçirilməlidir.

Ərazisində "yüksək patogen" quş qripi xəstəliyi aşkarlanmış 30-dan artıq ölkə siyahısında Rusiya, İran, Ukrayna, Qazaxıstan, ABŞ və Almaniyanın olduğu bildirilir.

0