Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Tatarıstanın paytaxtı Qazan şəhərində Aleksey Navalnıya dəstək məqsədi ilə kçirilən icazəsiz aksiya zamanı polis tərəfindən saxlanılıb.
Rusiyanın NTV kanalı bildirir ki, polis əməkdaşları tərəfindən sənədləri yoxlandıqdan sonra o, sərbəst buraxılıb.
Qeyd edək ki, bu gün Rusiyanın paytaxtı və digər iri şəhərlərində Navalnıya dəstək etiraz aksiyaları keçirilib.