Optimal tariflər tətbiq olunduqdan sonra sudan qənaətlə istifadə oluna bilər
Bunu “Azərsu” ASC-nin şöbə müdiri Elçin Camalov AzTV-nin "Hədəf" verlişində deyib.
"Beynəlxalq təcrübələrdə görürük ki, dünyanın əksər ölkələrində su qıtlığına qarşı mübarizənin ən yaxşı metodlarından biri tariflərin istifadəsidir. Həm də burda optimal tariflər tətbiq olunduqdan sonra təbii ki, sudan qənaətlə istifadə oluna bilər. Biz bunu son dövrdə Almaniya təcrübəsində görə bilərik. Hətta son 20-25 il ərzində Almaniya təcrübəsində resursların məhdudluğu şəraitində tariflərə baxılması, onların indeksasiya edilməsi adambaşına düşən gündəlik su norması burada 160 litrdən 125 litrə qədər enmişdir" - deyə E.Camalov qeyd edib.
Şöbə müdirinin sözlərinə görə, Azərbaycanda adambaşına düşən gündəlik su norması 160 litrə yaxındır: "Azərbaycanda su resurslarının məhdud olmasını nəzərə alsaq, tariflərin optimallaşdırılması ölkənin su normasının aşağı düşməsinə gətirib çıxara bilər".