"Azərsu"dan qiymət artımı ilə bağlı AÇIQLAMA

İQTİSADİYYAT
13:20 / 01.02.2021
886

Azərsu" ASC Tarif Şurasının qərarı ilə su-kanalizasiya tariflərinin artırılmasını şərh edib.

HİT.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin iqtisadiyyat şöbəsinin müdiri Elçin Camalov açıqlama verib.

"Su təchizatı tarifləri sonuncu dəfə 2016-cı ildə təsdiqlənib. Ötən müddətdə əhəmiyyətli dəyişikliklər baş verib. Bu dəyişikliklər xidmətlərin maya dəyərinin, istehsal, istismar xərclərinin artmasına təsir göstərib. Bir sıra iqtisadi faktorları göstərmək istəyirəm. Ən mühüm faktor həmin dövr ərzində ASC-nin xidmət göstərdiyi abonentlər 250 min artıb. Bununla yanaşı, xidmət sahəsi 50%-dən 70%-ə yüksəlib, eyni zamanda cəmiyyətin əsasən Bakı şəhəri daxil olmaqla digər rayon və şəhər mərkəzlərinin fasiləsiz su təminatı faizi xeyli yüksəlib", - deyə o, qeyd edib.

3