“Bu il də ziyanla işləyəcəyik” - Anar Cəbrayıllı

İQTİSADİYYAT
13:38 / 01.02.2021
1041

“Azərsu” ASC 2021-ci ildə də ziyanla işləyəcək. Tarif dəyişikliyində hədəf mənfəət əldə etmək deyil, xidmətlərin yaxşılaşdırılması, dövlət büdcəsindən subsidiyaların aradan qaldırılmasına hesablanıb”.

“Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sözçüsü Anar Cəbrayıllı deyib.

“Yeni tariflər amortizasiyadan əvvəlki xərclərimizi ödəyəcək, ancaq yenə səhmdar cəmiyyəti ziyanla işləyəcək. Böyük həcmli qurğular var. Onların amartizasiyasını nəzərə alsaq 2021-ci ilə ziyanla başa vuracağıq”, - o qeyd edib.

5