Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələrin siyahısı açıqlandı

TEXNO
14:30 / 01.02.2021
1312

2021-ci ilin yanvar ayında Azərbaycanda müxtəlif sosial şəbəkələrin bazar payı açıqlanıb.

“Global Stats”ın məlumatına əsasən, Azərbaycanda yanvar ayı ərzində “Twitter” istifadəçiləri aktivlik təşkil edib.

Belə ki, müvafiq dövrdə “Twitter” istifadəçilərinin sayı 19,59 faiz bəndi artaraq 25,17 faizi təşkil edib. Ötən ilin dekabr ayında isə bu göstərici 5,58 faiz idi və “Twitter” istifadəçilərinin sayına görə ölkəmizdə beşinci sosial platforma ikən, yanvar ayında birinci yerdə qərar tutub.

Ötən ay ikinci ən çox müraciət edilən sosial platforma isə “Facebook” olub. Platformanın istifadəçilərinin sayı 0,23 faiz azalaraq 20,27 faiz təşkil edib. Dekabr ayında 20,5 faizlik istifadəçi sayı ilə dördüncü yerdə olan “Facebook” yanvar ayında ikinci yerdə qərar tutub.

Yanvar ayında ən çox müraciət edilən üçüncü sosial platforma 20,1 faizlik istifadəçi sayı ilə “Instagram” olub. Halbuki, dekabr ayında 24,69 faizlik göstərici ilə ikinci ən çox istifadə edilən sosial şəbəkə idi. Ötən ay onun istifadəçilərinin sayı 4,59 faiz bənd azalıb.

Ölkədə “Youtube” istifadəçilərinin sayı isə yanvar ayında dekabr ayına nisbətən 5,55 faiz bənd azalaraq 19,3 faiz təşkil edib. Dekabr ayında 24,85 faizlik istifadəçi sayı ilə birinci yerdə olan “Youtube” yanvar ayında dördüncü yerdə qərarlaşıb.

“Pinterest” istifadəçilərinin sayında isə kəskin azalma müşahidə olunub. Belə ki, yanvar ayında bu platforma üzrə istifadəçilərin aktivlik dərəcəsi 9,06 faiz bənd azalaraq 13,92 faiz təşkil edib. Dekabr ayında 22,98 faizlik istifadəçi aktivliyi ilə üçüncü yerdə olan “Pinterest” ötən ay beşinci yerdə qərar tutub.

0
oxu.az