Qiymətlərin iki dəfə artması “Azərsu”nu xilas edəcəkmi? - ŞƏRH

14:58 / 01.02.2021
849

"Azərsu”nun maya dəyəri və digər bütün əməliyyat xərcləri ilə birlikdə 700 milyon manata yaxın xərci var. 

Bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev suyun qiymətinin artmasını Qaynarinfo üçün şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, hətta qiymətin 2 dəfə artmasından sonra yenə də "Azərsu”da 300 milyon manat zərər olacaq: 

"Əgər xərcləri də azalda bilməsələr, "Azərsu”nun dövlət büdcəsindən asılılığını azaltmaq mümkün olmayacaq. 

2019-cu ildə "Azərsu”nun gəlirləri təxminən 193 milyon manat olub, qiymət artımından sonra bu rəqəm 400 milyon manat civarına çatacaq. Yəni təkcə gəlir artmaqla iş bitmir. Gərək xərcləri də səmərəli etsinlər”.

0