Spikerlə deputat arasında gərginlik: "Mənə bunu öyrətməyə gərək yoxdur"

ÖLKƏ
15:40 / 01.02.2021
3403

Milli Məclisin deputatı Anar İsgəndərov parlamentin plenar iclasında ona söz verilməməsinə etiraz edib. 

A.İsgəndərov qeyd edib ki, o, elektron düyməyə basmağı hələ təzə öyrənib: “Eləsi var ki, beş dəfə danışır. Bizə çatanda isə danışmaq olmur. Bura ziyalı məclisidir”.

Spiker Sahibə Qafarova isə deputatın iradına belə reaksiya verib: “Mən həmişə hamıya söz verirəm. Buranın ziyalı məclisi olduğunu da bilirəm. Mənə bunu öyrətməyə gərək yoxdur”.

 

2
Qafqazinfo.az