"Azərxalça" ASC-nin İdarə heyətinin həbs edilən sabiq sədri Vidadi Muradov Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) vəzifəsindən azad edilib.
HİT.Az Report-a istinadən xəbər verir ki, o, akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri vəzifəsindən çıxarılıb.
Həmçinin həmin sektor ləğv edilib.
Qeyd edək ki, V.Muradov yanvarın 9-da həbs edilib. Ona CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.