Prezidentin tənqid etdiyi məmurları gözləyən aqibət: kim nə vaxt gedəcək?

ÖLKƏ
23:02 / 01.02.2021
5388

Siyasi ekspert Nazim Cəfərsoy Prezident İlham Əliyevin bu gün AzTV-yə verdiyi müsahibədə yer alan maraqlı açıqlamaları şərh edib.

HİT.Az xəbər verir ki, ekspert bu açıqlamaların üç şeyi çox aydın göstərdiyini bildirib:

"1.Prezidentin başda sosial media olmaq üzrə ölkədəki real gündəmdən tam xəbəri var.

2.Hakimiyyət içində yersiz populizm, xalqı saymamazlıq və sabotaj cəhdləri artıq prezidentin xalqa açıq şəkildə sərt reaksiya verecək səviyyəyə yüksəlib. Bu populizm və sabotaj cəhdlərinin yeni istiqaməti isə Qarabağdaki yenidən qurma prosesində baş verir.

3. Cəmiyyətin baş verən hadisələrə narazılığı prezident səviyyəsində qəbul görür və dilə gətirilir".

N.Cəfərsoy bildirib ki, bu açıqlamalardan sonra ya adları çəkilən məmurlar özləri istefa verməlidir, ya da dövlət başçısı onları işdən çıxarmalıdır:

"Bu məqamların arxasınca iki şeydən biri olmalıdır: Ya adları konkret çəkilən qurumların rəhbərləri istefa etmelidir. Ya da prezident bunların hamısını işdən çıxardıb layiqli kadrlar qoymalıdır. Azərbaycan reallığında birinci olmur. İkinci isə müəyyən bir zaman və balans gözləyərək olur. İndi görək ilk kim və nə zaman gedəcək?".

3