32 milyonluq tender 20 manat kapitalı olan şirkətə verildi

İQTİSADİYYAT
09:41 / 02.02.2021
939

Şirvan şəhərində qeydiyyatdan keçmiş və nizamnamə kapitalı 20 AZN olan "Sevinc-96" MMC 2021-ci ilin yanvarında 32,14 milyon manatlıq 10 tenderdə qalib gəlib. 

Ən böyük tender müqaviləsi Füzuli Suvarma Sistemləri İdarəsi ilə bağlanıb. Məlumata görə yanvarın 29-u imzalanmış müqavilənin dəyəri 29,9 milyon manatdır. Qeyd edək ki, adıçəkilən şirkət 2020-ci ilin noyabrında MMC statusu alıb.

Mətbuatda yer alan məlumatlara görə, şirkətin qanuni təmsilçisi Yusuf Camal oğlu Haciyev olsa da, MMC-nin əslində Salyanda Hacı Qurban kimi tanınan Qurban Abbasov adlı iş adamına məxsusdur. Qurban Abbasovun şirkətləri davamlı olaraq "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tenderlərini qazanır.

1
AzPolitika.info