Cəzaların İcrası Federal Xidməti Navalnıya 3,5 il həbs istədi

DÜNYA
15:53 / 02.02.2021
800

Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin (CİFX) nümayəndəsi məhkəmədən müxalifət lideri Aleksey Navalnıya "İv Roşe" işi üzrə təyin olunmuş şərti cəzanı 3,5 il azadlıqdan məhrum etmə ilə əvəzləməsini istədi.   

HİT.Az bildirir ki, bu barədə Moskva şəhər məhkəməsində prosesi izləyən "Lenta.ru" saytının əməkdaşı yazıb.

CİFX-nin nümayəndəsinin sözlərinə görə, şərti cəza çəkən zaman Navalnı təyin olunan vaxtlarda inspeksiyaya 7 dəfə gəlməyib və ona cazasının həqiqi cəza ilə əvəzlənəcəyi haqında beş dəfə xəbərdarlıq edilib. 

Daha öncə isə CİFX-nin nümayəndəsi bildirib ki, şərti cəzaya məhkum olunduqdan sonra müxalifətçi ictimai əsaslarla 60 qayda pozuntusuna yol verib. 

0