Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs, kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) HİT.Az-a verilən məlumata görə, minaya düşənlərdən biri yerində həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.