"Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat gerçəkləşib.
HİT.Az xəbər verir ki, uzun müddətdir boş qalmış vəzifə tanınmış jurnalist Gündüz Abbaszadəyə həvalə olunub.
Qeyd edək ki, UEFA Ağdam təmsilçisinin sabiq sözçüsü Nurlan İbrahimovu Vətən savaşı dönəmində "Facebook"da ermənilərlə bağlı paylaşımına görə futboldan ömürlük kənarlaşdırıb.
N.İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.