Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
HİT.Az xəbər verir ki, günün ilk oyununda "Keşlə" Bakıda "Kəpəz"i 1:0 hesabı ilə üstələyib.
Yeganə qolu 42-ci dəqiqədə "Keşlə"nin oyunçusu Sezar Meza Kolli penaltidən vurub.
Günün digər qarşılaşmasında isə "Neftçi" "Zirə"ni qəbul edib.
“Bakcell Arena”da baş tutan matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin heyətində qolu 26-cı dəqiqədə İlkin Muradov vurub.
Qeyd edək ki, komandalar arasındakı cavab görüşü fevralın 7-də olacaq.
Xatırladaq ki, fevralın 1-də 1/4 final mərhələsinin ilk iki oyunda "Səbail" səfərdə "Sumqayıt"ı 1:0, "Qarabağ" evdə "Qəbələ"ni 3:1 hesabı ilə yenib.
Azərbaycan Kuboku
1/4 final
İlk oyunlar
2 fevral
Keşlə - Kəpəz 1:0
Qol: Sezar Meza Kolli, 42-pen.
Neftçi - Zirə 0:1
Qol: İlkin Muradov, 26