Tramp "tarixi miqyasda satqınlıq"da ittiham olundu

DÜNYA
21:10 / 02.02.2021
801

"ABŞ-ın eks-prezidenti Donald Trampın dövlət başçısı postu da daxil olmaqla seçkili bir vəzifə tutması həmişəlik qadağan olunmalıdır". 

HİT.Az "Washington Post"a istinadən xəbər verir ki, belə bir çağırış, Konqresin Nümayəndələr Palatasının demokratlardan olan üzvləri tərəfindən hazırlanan Trampa qarşı impiçment bəyanatında yer alıb.

Qəzetin qeyd etdiyi kimi, demokratlar senatorlara müraciətində bu cür tədbirlərin gələcəkdə Amerika seçki sistemini Tramp tərəfindən hər cür sui-istifadədən qoruyacağını qeyd etdilər.

Sənəddə bildirilir ki, eks-prezidentin hərəkətlərini "tarixi miqyasda satqınlıq" kimi dəyərləndirmək olar: "Məğlubiyyətdən sonra etdiyi müraciətlərin nəticəsində yaranan xaosun cavabdehliyi yalnız Donald Trampın üzərindədir. Onun hərəkətləri "tarixi miqyasda satqınlıq"dan başqa bir şey deyil". 

0