Mesut Özil "Fənərbağça"da debüt etdi

İDMAN
21:37 / 02.02.2021
1214

Futbol üzrə Türkiyə Super Liqasında XXII tura start verilib. Açılış matçında lider "Fənərbağça" "Hatayspor"un qonağı olub.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 26-cı dəqiqədə açılıb. Qonaqların heyətində Mame Tiam fərqlənib. 77-ci dəqiqədə "Fənərbağça"nın yeni transferi Mesut Özil meydana daxil olaraq, komandasında debüt edib. O, qolun müəllifini əvəzləyib. 

88-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Jan-Klod Billonq topu öz qapısından keçirib - 0:2. Matçda son nöqtəni isə "Hatayspor" qoyub. Qobonlu hücumçu Aaron Bupendza baxımlı qola imza atıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 48-ə çatdıran "Fənərbağça" ilk pillədəki mövqeyini qoruyub. "Hatayspor" isə 35 xalla 7-ci sırada qalıb.

0
Report