Saatlıda toy məclisi təşkil edənlər saxlanıldı - FOTO

ÖLKƏ
11:40 / 03.02.2021
900

Fevralın 2-də Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Bəylər kənd sakini B. Ağamirzəyev yaşadığı evin həyətində qonaqların iştirakı ilə gizli şəkildə yığcam toy mərasimi təşkil etdiyi müəyyən olunub.

Bu barədə HİT.Az-a DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, məclisin təşkilatçısı və iştirak edənlər barədə inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

0