Müxalifətin Zelenskiyə qarşı impiçment planı

DÜNYA
15:49 / 03.02.2021
810

Ukrayna müxalifət partiyası Prezident Vladimir Zelenskiyə qarşı impiçment proseduru başlatmaq niyyətindədir.

Bu barədə “Həyat naminə - müxalifət platforması”nın bəyanatında vurğulanıb. Belə təklif televiziya kanallarını bağlamaq qərarından sonra irəli sürüülüb.

Xatırladaq ki, “112.Ukrayna”, “NewsOne” və “ZIK” telekanallarının kabel şəbəkəsində yayımı dayandırılıb. Onları yalnız "Youtube" kanallarında izləmək mümkündür.
Bundan əvvəl qeyd edilən kanalların sahibinə, "Həyat naminə - müxalifət platforması" partiyasından olan deputat Taras Kozaka sanksiyalar tətbiq edilib, sonra kanalların yayımı dayandırılıb. Deputat bunu söz azadlığına və demokratiyaya zərbə adlandırıb, yaxın vaxtlarda impiçment proseduruna başlanacağını əlavə edib.

2
Virtualaz.org