“Məhəmməd Füzuliyə prezident təqaüdü təyin edilmişdi, ala bilmədi” - Siyavuş Novruzov (VİDEO)

ÖLKƏ
16:04 / 03.02.2021
1083

"Korrupsiya və rüşvətxorluq iki tərəfli olur. Rüşvəti verməsən, alan kimdir ki?”.
 
Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Müsavat TV-də deyib.
 
S.Novruzov bildirib ki, korrupsiya və rüşvətxorluğun kökləri qədim dövrlərə gedib çıxır: "Sosial təminat sahəsində korrupsiya olub. Xatırlayırsınızsa, Məhəmməd Füzuliyə 9 axçalıq prezident təqaüdü təyin edilmişdi, ala bilmədi. Şikayətə getsə də, ala bilməyib. Deyir, salam verdim, rüşvət deyildir deyə almadılar. Yəni bu bütün dövrlərdə olub”.

0