İtkin düşən əsgərimizin şəhid xəbəri gəldi - FOTO

19:11 / 03.02.2021
2456

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Hit.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, söhbət İsmayılov Rəcəb Nəcəf oğlundan gedir.

2000-ci il təvəllüdlü şəhid əsgərimiz bu gün İmişlinin Əliqulular kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Rəcəbin axırıncı döyüş yeri Qubadlı olub. O, ailəsi ilə sonuncu dəfə oktyabrın sonlarında əlaqə saxlaya bilmişdi.

Allah rəhmət eləsin!

0