Ruhani Baydeni Yaxın Şərq siyasətinə yenidən baxmağa çağırdı

DÜNYA
21:12 / 03.02.2021
713

İran prezidenti Həsən Ruhani ümidvar olduğunu bildirib ki, Co Baydenin yeni Administrasiyası ABŞ-ın Yaxın Şərq siyasətinin zərərli olduğunu anlayaraq yenidən nəzərdən keçirəcək.

HİT.Az-ın məlumatına görə, bu barədə Ruhani İraqın XİN rəhbəri Fuad Hüseynlə Tehranda baş tutan görüşü zamanı deyib.  

"Ümid edirəm ABŞ-ın yeni rəhbərliyi bölgədəki Amerika varlığının təhlükəsizliyə zərərli olduğu qənaətinə gələcək və siyasətlərinə yenidən nəzər salacaqlar", - deyə İran prezidenti bildirib. .

Ruhani, eyni zamanda İraqın daxili işlərinə istənilən xarici müdaxiləyə qarşı olduqlarını deyərək, ABŞ-ın general Qasım Süleymaniyə qarşı ötən il keçirdiyi əməliyyatı bunun ən qorxunc nümunələrindən biri olduğunu ifadə edib.  

0