"Azərişıq" ASC güc transformatorlarının əsaslı təmiri xidməti ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "ATEF Şirkətlər Qrupu" MMC-dir.
Qalib şirkətə 950 min manat ödəniləcək.
Qeyd edək ki, bu günə "ATEF Şirkətlər Qrupu"nun vergi borcu 3 898,91 manatdır.