Fövqəlnazirin “Yaşıl saray”ı: Qiyməti yüz milyonlarla ölçülür – FOTO

ÖLKƏ
15:07 / 04.02.2021
2262

Fövqəladə Hallar naziri Kəmləddin Heydərovun yeni malikanəsinin görüntüləri yayılıb.

Bakupost xəbər verir ki, bu görüntüləri bloger Mehman Hüseynov paylaşıb. O iddia edib ki, Qəbələdə hektarlarla ərazini əhatə edən, qiyməti yüz milyonlarla ölçülən bu malikanəyə getmək üçün xüsusi bir körpü salınıb və üçü mühafizə postu qoyulub. Malikanəyə xidmət edənlər üçün əlavə villalar ucaldılıb. Dəmiraparançayın sahilində salınan malikanə “Yaşıl Saray” adlanır.

Qeyd edək ki, böyük sərvətə sahib olan Kamaləddin Heydərov Prezidentin son çıxışdan sonra yenidən gündəmə gəlib. Ölkə başçısı həmin çıxışı zamanı bir neçə yüksək çinli məmurun adını çəkərək, onların mal-mülk hərisi olduğuna işarə vurub və bildirib ki, bu şəxslər indi də Şuşada öz malikanələrini ucaltmaq istəyirlər.

3