Röya növbəsiz necə vaksin vurdurub? - Nazirlikdən açıqlama

ÖLKƏ
16:47 / 04.02.2021
3471

Son günlər sosial şəbəkədə tibb işçisi və risk qrupuna daxil olmayan şəxslərə koronavirusa qarşı peyvənd vurulması ilə bağlı məlumatlar paylaşılır.

Belə ki, xalq artisti Röya Ayxan şəxsi “Instagram” səhifəsində könüllü olaraq peyvənd olunduğunu bildirib. 

Belə faktlar haqlı olaraq cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Paytaxt üzrə vaksinasiya prosesinə Səhiyyə Nazirliyi nəzarət etdiyi üçün mövzu ilə əlaqədar quruma sorğu ünvanladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdilər ki, bu məsələdə məsuliyyət həmin klinikaların öz üzərinə düşür:

“Belə ki, özəl klinikalar müəssisələrində çalışan tibb işçilərinin sayını təqdim etməklə müvafiq sayda peyvənd alırlar. Lakin alınan peyvəndlərin tibb işçilərinə və ya digər şəxslərə vurulub-vurulmaması ilə bağlı məsuliyyət Səhiyyə Nazirliyinə deyil, birbaşa həmin klinikaların üzərinə düşür. Vaksinasiya prosesi müvafiq qaydalara əsasən mərhələli şəkildə aparılmalıdır. Artıq o peyvəndlərin növbədən kənar şəkildə istifadəsi müşahidə olunursa bununla bağlı müvafiq qurumlar araşdırma aparmalı və nəticələrə uyğun şəkildə tədbir görməlidir”.

7