Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni nazir müavini təyin olunub.
Rəhman Dursun oğlu Hümmətov yanvarın 26-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunmuş Rəşad Nəbiyevin müavini təyin edilib.
Qeyd edək ki, bu təyinatadək R.Hümmətov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.