Ermənistanda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olunub

ÖLKƏ
20:37 / 05.02.2021
984

Ermənistanda Göyçə gölünün yaxınlığında yerli vaxtla saat 19:35-də zəlzələ baş verib. 

HİT.Az xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. 

Məlumata görə, maqnitudası 5.2 olan təbiyət hadisəsinin episentri Gürcüstanla sərhəddən 81 kilometr aralıda, Azərbaycanla sərhəddə yerləşib. 

Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Zəlzələ Azərbaycanın qərb bölgəsində - Gəncə, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax və digər rayonlarında hiss olunub.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

0