Vaksinlər bu xəstəliklərdən də qoruyur - Professor

ÖLKƏ
09:40 / 06.02.2021
699

"Vaksinasiya hesabına insanların yalnız müəyyən qismində COVİD-19-a qarşı immunitetin yaradılması planlaşdırılır".

HİT.Az-ın məlumatına görə, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, bu günə qədər artıq bir çox insan bu virusa yoluxaraq xəstələnib. Bu isə o deməkdir ki, onlarda virusa qarşı immunitet yaranıb:

"Beləliklə, vaksinasiya ediləcək insanlarda da bu immuniteti yaratmış olacağıq. Əgər əhali populyasiyasının təxminən 2/3 hissəsində immunitet yarada bilsək, o zaman virus aramızdan yox olacaq. Bu da pandemiyanın sonu ola bilər".

Vaksinasiyanın istənilən yoluxucu xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yol olduğunu nəzərə çatdıran A.Qurbanov bildirib ki, COVİD-19-a qarşı olan vaksinlərin tərkibində öldürülmüş və ya zəiflədilmiş COVİD-19 virusu var. Vaksin vurulduqdan sonra orqanizmdə virusa qarşı qoruyucu müdafiə immuniteti - antitel və ya anticisimlər yaranır. Bu antitellər orqanizmə kənardan daxil olan virusları zərərsizləşdirir və insanları virusdan qoruyur.

"Hazırda istifadə olunan vaksinlər mutasiyaya uğrayan virusun yaratdığı xəstəliklərdən də qoruyacaq. "COVİD-19"-a qarşı vaksin istifadə edən hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq, qalanları isə yoluxsa da, koronavirusu yüngül keçirəcək", - TƏBİB rəsmisi vurğulayıb.

Sonda professor istifadə edilən vaksinlərin minimal yan təsirə malik olduğunu da xüsusi olaraq bildirib.

1