Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfər edir.
HİT.Az xəbər verir ki, o bu barədə öz "Twitter" hesabında məlumat verib.
"Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyinin birgə göstərişi ilə diplomatik korpuslar - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər üçün yola düşmüşük",-deyə H. Hacıyev qeyd edib.