BMT İŞİD terror təşkilatının nağd pul rezervlərini açıqladı

DÜNYA
18:18 / 06.02.2021
804

Birləşmiş Millətlər Təşkilatı (BMT) İŞİD terror təşkilatının 100 milyon ABŞ dolları məbləğində nağd pul rezervinin olduğunun təxmin edildiyini bildirib.

Bu barədə qurumun hesabatında bildirilib.

Sənədə əsasən, İraq və Suriyada mövcudluğunu davam etdirən terror təşkilatının 2 ölkədə təxminən 10 döyüşçüsü var.

Belə ki, İŞİD əsasən qəsd, təzyiq, adam qaçırma və qarşılığında pul tələb etmə yolu ilə gəlir əldə edir. Bundan başqa, terror təşkilatı xaricdən qeyri-rəsmi maliyyə şəbəkələri vasitəsi ilə fonda pul vəsaitləri toplayır.

0
report.az