Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 2 erməni hərbçinin meyiti tapılıb.
“armeniasputnik” xəbər verir ki, cəsədlər Füzulidə aşkarlanıb. Onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 367-yə yüksəlib.
Hazırda axtarış işlərinin Rusiya sülhməramlı kontingentində heyət dəyişikliyi səbəbindən dayandırıldığı bildirilib.
“Qafqazinfo”