Paşinyan növbədənkənar seçkilərdən imtina edir?

DÜNYA
11:03 / 08.02.2021
801

Ermənistan iqtidarı növbədənkənar seçkilər barədə müzakirələr aparıb.

Ermənistan KİV xəbər verir ki, baş nazir Nikol Paşinyan hakim “Mənim addımım” fraksiyası ilə görüşü zamanı yeni seçkilərin keçirilməməsi barədə qərar alıb.

“Görüşün nəticəsi olaraq, növbədənkənar seçkilər barədə təklif fraksiya tərəfindən müsbət dəstək almayıb. Yeni seçkilərin keçirilməsi üçün ictimaiyyət tərəfindən tələbin olmadığı da vurğulanıb”-deyə yerli mətbuatda vurğulanıb.

Fraksiya üçtərəfli razılaşmadan sonra Paşinyanın təklif etdiyi “yol xəritə”si icra etmək niyyətindədir.  

0
Modern.az