Ter-Petrosyan Fransa səfiri ilə Qarabağı müzakirə etdi

SİYASƏT
21:32 / 08.02.2021
1075

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan şəxsi malikanəsində Fransanın Yerevandakı səfiri Conatan Lakotta ilə görüşüb. 

HİT.Az "panorama.am"a istinadla bildirir ki, bu barədə eks-prezidentin mətbuat katibi Arman Musinyan öz "Facebook" hesabında yazıb.

“Bir saatdan çox davam edən görüşdə tərəflər Ermənistan və Dağlıq Qarabağdakı vəziyyəti, Ermənistandakı daxili siyasi inkişaf perspektivlərini, habelə bir sıra iqtisadi, sosial və humanitar məsələləri müzakirə ediblər", - Musinyan yazıb.

Məlumata görə, görüşdə həmçinin Fransa səfirliyinin birinci müşaviri Kler Le Fleşer və Ter-Petrosyanın ofisinin rəhbəri Avetis Avagyan da iştirak edib.

Qeyd edək ki, bundan öncə Ermənistanın birinci prezidenti Rusiya və ABŞ səfirləri ilə də görüş keçirib.

 

0