Azərbaycanda koronavirusa yoluxma kəskin azaldı - Günün statistikası

ÖLKƏ
21:44 / 08.02.2021
1268

Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.Az-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri pozitiv çıxmış daha 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231 198 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225 348 nəfər müalicə olunaraq sağalıb, 3 161 nəfər vəfat edib, aktiv xəstə sayı 2 689 nəfərdir.

Ölkədə son sutka ərzində 3 567, hazırkı dövrədək isə 2 45 66 50 test aparılıb.

0