Ev almaq istəyənlərə bəd xəbər

İQTİSADİYYAT
19:52 / 10.02.2021
2411

Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində həm ay, həm də il ərzində əhəmiyyətli dərəcədə artım qeydə alınıb.

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun Trend-ə verdiyi məlumata görə, yanvar ayında fərdi yaşayış və bağ evlərinin qiymətində 8.99 faiz artım müşahidə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 10.87 faizə bərabər olub.

Ekspertin sözlərinə görə, qiymət artımına müxtəlif amillər təsir edir:

"Bu amillərdən biri bazarda struktur dəyişikliyidir, yəni daşınmaz əmlak ucuz alınır, baha satılır və tədricən ucuz əmlaklar sıradan çıxır. Digər faktorlar isə inflyasiyanın təsiri, daşınmaz əmlak bazarında təklif paketinin azalmasıdır. Bütün bu amillər qiymətlərə təzyiqlər yaradır".

0