Rüstəm Usubovun qəzaya düşən bacısı dünyasını dəyişdi

ÖLKƏ
12:50 / 24.05.2020
2591

Bir neçə gün əvvəl Gəncə şəhərində yol-nəqliyyat qəzası nəticəsində ağır xəsarət alan Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun bacısı Səidə Novruzova vəfat edib.

Hit.Az Gununsesi.org-a istinadən xəbər verir ki, Mərkəzi Klinik Xəstəxananın Gəncədəki Korpusuna yerləşdirilən Səidə Novruzova bir neçə gün koma vəziyyətində qalıb.Onu da qeyd edək ki, Səidə Novruzovanın qızı da eyni qəzada yaralanıb. Onun həyatı təhlükəsi yoxdur.

Allah rəhmət eləsin!

1
Qafqazinfo.az