Nizamnamə kapitalı 13 milyon manata yaxın olan şirkət bağlanır

İQTİSADİYYAT
15:34 / 11.02.2021
1051

"Krosvey" MMC ləğv olunduğunu elan edib.

HİT.Az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 93 ünvanına (BEGOC Biznes Mərkəzi) bildirə bilərlər.

Xatırladaq ki, "Krosvey" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,614 milyon manat, qanuni təmsilçisi isə Cümşüd Nuru oğlu Bağırovdur. O, vaxtilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin də rəhbərliyində təmsil olunub.

0