Vəziyyət pisləşsə, vaksinasiya icbari ola bilər - Professor

ÖLKƏ
21:33 / 11.02.2021
1165

"Əgər epidemioloji vəziyyət pisləşsə, vaksinasiya icbari xarakter də daşıya bilər”.

Bunu Qaynarinfo-ya açıqlamsında professor Adil Qeybulla 65 yaşdan yuxarı vətəndaşların COVİD-19 virusuna qarşı vaksinasiya prosesinin aparılmasından danışarkən deyib.   

65 yaşdan yuxarı insanlara vaksin risk qrupuna aid olduğuna görə vurulur. Vaksin vurulması icbari deyil, tövsiyyə xarakteri daşıyır. Bu yaşda şəxslər xəstələndikdə aralarında ölüm halları çox olur, reabilitasiya prosesi uzun çəkir. Bu səbəbdən də onların vaksinasiyası mühüm şərtdir”.

Professor qeyd edib ki, vaksinasiyadan imtina etməyin məntiqi yoxdur.

6