23 dəfə "Qremmi" alan əfsanəvi cazmen vəfat etdi

MƏDƏNİYYƏT
11:21 / 12.02.2021
1022

Dünyaca məşhur cazmen və bəstəkar Çik Koria dünyasını dəyişib.

Bu barədə əfsanəvi musiqiçinin ailəsi məlumat verib.

Bildirilib ki, o, fevralın 9-da xərçəng xəstəliyindən həyatını itirib.

Qeyd edək ki, 80 yaşlı cazmen 50 dəfə “Qremmi”yə namizəd göstərilib, 23 dəfə sözügedən mükafatı qazanıb.

2001-ci ildə Bostonun mərkəzi küçələrindən birinə onun adı verilib.

0
Qafqazinfo