Bu gün Trabzonun Çaykara mahalında evlərində ölü tapılan gənc cütlüyün ölümünün səbəbi bəlli olub.
Hit.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, 35 yaşlı Kamil İkincinin 7 ay əvvəl evləndiyi həyat yoldaşı 32 yaşlı Zeynep İkinci ilə mübahisə edib. Cütlük arasında mübahisə böyüyüb.
Kamil İkinci həyat yoldaşını silahla öldürüb. O daha sonra intihar edib.
Bildirilir ki, cütlük Ataköy Ruhi və Sinir Xəstəlikləri Xəstəxanasına işləyən cütlüyü yaxınları və iş yoldaşları evlərində ölü tapıb.