Bazarda güclü yanğın

DÜNYA
19:44 / 12.02.2021
1131

Tbilisinin Didube rayonunda Eliava bazarında tikinti materialları anbarında güclü yanğın baş verib.

Hit.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə 14 yanğınsöndürmə briqadası cəlb olunub. Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətinin yerli mətbuata verdiyi açıqlamaya görə, yanğın lokallaşdırılıb. Ancaq alovun tam aradan qaldırılması üzrə tədbirlər davam etdirilir.

Yanğının baş vermə səbəbi və əhatə sahəsi hələlik bilinmir.

Xəsarət alanlar barədə məlumat yoxdur.

0