Azərbaycanda sürücülərin yol verdiyi əsas xətalar

ÖLKƏ
10:41 / 13.02.2021
513

Azərbaycanda sürücülərin yol verdiyi əsas xətalar açıqlanıb.

Trend-in məlumatına görə, 2020-ci ildə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3631,1 min olub.

Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 6,5 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,6 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

0