Bu itə sahibindən 5 milyon dollar miras qaldı

DÜNYA
11:02 / 13.02.2021
840

ABŞ-da bir köpəyə sahibindən 5 milyon dollar miras qalıb.

 Hadisə Tennessi ştatında qeydə alınıb. 2020-ci ilin son günlərində vəfat edən iş adamı Bill Dorisinin 8 yaşlı “Border Collie” cinsi köpəyi Luluya 5 milyon miras qalıb. Doris vəsiyyətnaməsində mirasının Lulunun baxımına xərclənməsini və bu məqsədlə hər ay köpəkin baxıcısı Marta Burtona uyğun bir məbləğin ödənilməsini qeyd edib.

Biznesmenin subay olduğu bildirilib.

0
Yenisabah.az